Studienkolleg
Studienkolleg xarici abituriyentlərin Almaniya universitetlərinə qəbulu üçün təşkil olunan hazırlıq proqramıdır. Onların məqsədi Almaniya ilə digər ölkələr arasında orta təhsil müddətindəki fərqi aradan qaldırmaqdır.
Təhsil sənədindən asılı olaraq tələbənin Studienkolleg-də təhsil almalı olub-olmaması və ya birbaşa universitetə daxil olub-olmaması müəyyən edilir. Tələbənin təhsil almaq istədiyi ixtisasdan asılı olaraq Studienkolleg-in kursları da dəyişir. Hər bir universitet xüsusi bir Studienkolleg ilə əlaqələndirilir, lakin bu o demək deyil ki, tələbə müəyyən bir Studienkolleg-də təhsil aldıqdan sonra bu xüsusi universitetə daxil olmalıdır. İstəsə, Almaniyanın bütün universitetlərinə müraciət edə bilər, əsas odur ki, keçdiyi FSP imtahanları seçdiyi universitetin qəbul tələblərinə cavab versin.
Studienkolleg-də kurslar
Studienkolleg-də kurslar
- T-kurs: Mühədislik ixtisasları, Kompyuter elmləri, Riyaziyyat, Təbiət Elmləri
- M-Kurs: Tibb, Biologiya, Əczaçılıq, Psixologiya
- W-Kurs: İdarəetmə, İqtisadiyyat, Biznes
- G-Kurs: Humanitar elmlər, İctimai elmlər
- S-Kurs: Tarix, Ədəbiyyat, Sosial elmlər, Dillər
Studienkolleg-də təhsilin sonunda tələbə keçdiyi fənlərdən FSP imtahanları verir və onlara uyğun olaraq seçdiyi istiqamətə daxil olur (məktəb attestat qiymətləri də nəzərə alınır).
Studienkolleg proqramları çox intensivdir: iş yükü həftədə 36 saata qədərdir. Dərslərdə iştirak ciddi şəkildə məcburidir və üzrlü səbəb olmadan dərsə gəlmək xariclə nəticələnə bilər. Tələbələr asudə vaxtlarını adətən Studienkolleg-də müstəqil şəkildə təşkil edirlər. Frayburq və ya Potsdam kimi kiçik bir şəhər, təhsilindən çox yayınmaq istəməyən və tədricən yeni ölkədə həyata uyğunlaşmaq istəyənlər üçün ideal seçim ola bilər. Digər tərəfdən, Berlin və ya Frankfurt çoxlu sayda imkanları və əyləncələri olan meqapolislər olduğu üçün çoxlu tələbə cəlb edir.
Feststellungsprüfung (FSP) imtahanı
Feststellungsprüfung (FSP) Studienkolleg-in məcburi buraxılış imtahanlarıdır, imtahanı keçdikdən sonra tələbə Almaniya universitetinə daxil olmaq hüququ əldə edir. FSP nəticələri olmadan sənədləri təqdim edə bilməzsiniz. İmtahanın keçirildiyi fənlər keçilən kursdan asılıdır. Məsələn, T (texniki) kursundan sonra tələbələr riyaziyyat, fizika, kimya, alman dili və informatika fənləri üzrə imtahan verirlər.
Tələbə FSP imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra ya Studienkolleg-də oxuduğu universitetdə təhsilini davam etdirə, ya da başqa universitetə daxil ola bilər.
Almaniyada Studienkolleg-də təhsillə bağlı ən çox verilən suallar:
Studienkolleg B1-B2 səviyyəsindən asılı olaraq.
Dövlət Studienkolleglərində - Xeyr, tədris alman dilində aparılır. Bəzi özəl Studienkolleglər englsih-track proqramlar təşkil edir, harda ki, Siz ingiliscə təhsil ala bilərsiniz.
Bəli, əgər Studienkolleg başa çatdıqdan sonra FSP imtahanına girməyə icazə verirsə.
Xeyr, çünki Studienkollegdə oxuyarkən tələbəyə işləmək qadağandır.
Xeyr, sənədləri təqdim etmək üçün son tarixdən asılı olaraq, Studienkolleg-ə sertifikat təqdim etmək üçün vaxtınız olmalıdır.
Dövlət Studienkollegs-də təhsil pulsuzdur, lakin semestr ödənişləri var - semestr üçün 100 avrodan 400 avroya qədər.
Özəl Studienkolleglər də var, burada təhsil haqqı ödənilir, lakin onlara qəbul daha asandır.Burada təhsil haqqı 6000 -12000 avro arası dəyişir.
Bir il (2 semestr).
Dövlətdə, bəli. Alman dili və riyaziyyat. Özəllərə yox.
Daha Ətraflı
Bu və digər mövzularda şirkətəmizin təcrübəli mütəxəssislərinin sizinlə fərdi konsultasiya keçirərməsi üçün əlaqə saxlayın:
(010) 514-56-56Müraciət et