Hər il yüz mindən çox xarici tələbə Almaniyada bakalavr təhsili alır. Bunun bir neçə səbəbi var.

Birincisi, alman təhsili dünyada ən yüksək keyfiyyətli təhsil sistemlərindən biri kimi tanınır. QS reytinqinə əsasən, 30 Almaniya universiteti dünyanın ən yaxşı 500 universiteti sırasındadır.

İkincisi, Almaniyanın dövlət Universitetlərində təhsil ödənişsizdir. Belə olan halda tələbələr yalnız yaşam xərclərini qarşılamalıdır. Yataqxana və ya kirayə ev, qidalanma və geyim kimi xərclər aylıq 800-900 avro təşkil etdiyi halda, il ərzində 11 min avroya yaxın yaşam xərclərini nəzərə almaq lazımdır.

Əlbəttə ki, müəyyən ödənişli istisnalar var. Məsələn, Baden Württemberg əyalətində təhsil alan xarici tələbələr semestr üçün 1500 € təhsil haqqı ödəməlidir. Özəl Universitetlərdə həmçinin təhsil haqqı mövcuddur.

Bakalavr təhsilini xüsusiyyətləri barədə aşağıda daha ətraflı məlumat ilə tanış ola bilərsiniz.

Almaniya universitetlərində bakalavr təhsili 3 – 3,5 il davam edir. Tədris ili iki semestrə bölünür: aprelin 1-dən sentyabrın 30-dək yaz və oktyabrın 1-dən martın 31-dək qış sessiyası olur.


Almaniyada universitet təcrübəsi çox əhəmiyyət daşıyır.Son semestrdə tələbələr təhsil aldıqları sahə üzrə şirkətdə məcburi təcrübə keçirlər.


Alman universitetləri tələbələrə böyük akademik azadlıq verir: məcburi fənlər azdır - təxminən 5-6 fəndir. Tələbələr öz isdəklərinə bağlı olaraq digər kurslarda isə fənn seçimini edə bilərlər.


Dərslərin formatı müxtəlifdir. Adi mühazirə və seminarlarla yanaşı, qrup layihələri də geniş yayılmışdır. Qrup layihələri demək olar ki, hər həftə olur. Alman universitetlərində tələbələri çoxlu sayda yazılı işlər gözləyir, onlar hətta tətil zamanı da yazılı işlərlə məşğul olurlar.İmtahanlar da əsasən yazılı formada keçirilir.


Məktəbin 11-ci sinfindən sonra daxil olsanız, ilk növbədə Studienkolleg-də hazırlıq kursları keçməlisiniz. Universitetə qəbul olunduqdan sonra siz ora getmək üçün təlimat və göndəriş alacaqsınız.


Hazırlıq kurslarını bitirdikdən və FSP yekun imtahanını uğurla verdikdən sonra seçdiyiniz universitetə yenidən müraciət etməlisiniz. Bir çoxları üçün bu bir rəsmiyyətdir və siz avtomatik olaraq qeydiyyatdan keçəcəksiniz. Başqa bir universitetə daxil olmaq qərarına gəlsəniz, eyni FSP nəticələri və sertifikatı olan sənədləri təqdim edə bilərsiniz.


Özəl Studienkollegdə təhsil alanlar üçün prosedur eynidir. FSP-ni, orta məktəb diplomunu,və dil sertifikatınız ilə universitetə müraciət edirsiniz. Sadəcə əmin olun ki, Studienkolleg məzunlara bütün ölkədə tanınan FSP-dən keçməyi təklif edir.


Studienkolleg mərhələsi olmadan birbaşa Alman universitetlərinə daxil ola bilərsiniz. Bu seçim öz ölkələrində artıq bir il bakalavr təhsili almış məktəb məzunları üçün uyğundur. Eyni zamanda, ixtisasınız Almaniyada qeydiyyatdan keçmək istədiyiniz istiqamətə uyğun olmalıdır. Həmçinin universitetinizin Almaniyada tanınıb-tanınmadığını yoxladığınızdan əmin olun. Bu haqda,Anabin.kmk.org saytının köməkliyi ilə məlumatlana bilərsiniz.


Proqramların əksəriyyəti alman dilində tədris olunur. İngilis dilində tədris olunan bakalavr proqramları, eləcə də ikidilli proqramlar da var, lakin onların sayı alman dilli proqramlardan qat-qat azdır.


Alman universitetlərində təhsil sahələri və ixtisaslarının böyük seçimi var, məsələn:


  • Hüquq, siyasət, beynəlxalq münasibətlər.
  • Biznes, menecment, iqtisadiyyat, marketinq.
  • Otel, turizm, tədbirlərin idarə edilməsi.
  • Kompüter Elmləri, İT.
  • Maliyyə və mühasibat uçotu.
  • Jurnalistika, PR və kommunikasiyalar.
  • Dizayn və təsviri incəsənət.
  • Və bir çox başqa səhələr üzrə ixtisaslar.
  • Alman universitetində pulsuz təhsil.
  • Qəbul imtahanları yoxdur.
  • Şengen tələbə vizası sayəsində bütün təhsil müddəti ərzində Avropa İttifaqı ölkələrində səyahət etmək imkanı.
  • Tələbələrin tibbi sığortası sayəsində Almaniyanın ən yaxşı tibb müəssisələrinin xidmətlərindən istifadə etmək imkanı.
  • Bütün təhsil müddəti üçün çoxsaylı endirimlər və üstünlüklər (ictimai nəqliyyat,səyahət biletləri, turlar və ekskursiyalar, kinoteatr, muzeylər və s.)
  • Məzunlar üçün: işlə təmin olunmaq və arzu olunarsa, Avropada yaşayış icazəsi almaq üçün unikal imkan.

1) Niyə Almaniya?


  • Dünya səviyyəli ali təhsil diplomu.
  • Müxtəlif tədqiqat sahələri.
  • İngilis dilində təhsil almaq imkanı.
  • Xarici tələbələr üçün inteqrasiya proqramları.
  • Pulsuz təhsil.
  • Əlverişli qalma qiyməti.
  • Təhlükəsizlik.
  • Avropanın mərkəzində müxtəliflik.

2) İngilis dilində təhsil almaq həqiqətən mümkündürmü?


Almaniyada dövlət universitetlərində təhsil həm ingilis, həm də alman dillərində mümkündür. Bununla belə, ingilis dilində bakalavr proqramlarının alman dilinə nəzərən az olduğunu bilməliyik.


3) Təhsil almaq üçün təqaüdlər varmı?


Təəssüf ki, yox, DAAD dövlət təqaüd proqramı bakalavr təhsilinə şamil edilmir.


4) Məktəbin 11-ci sinfindən sonra birbaşa qeydiyyatdan keçmək olarmı?


Dövlət universitetlərində bu, yalnız IB diplomunuz və ya A səviyyəniz olduqda mümkündür. Əks halda, tələbə tələb olunan 12-ci təhsil ilini doldurmalıdır. Bu, ya Studienkollegdə, ya da MDB ölkələrindən birində universitetdə edilir.Bəzi özəl universitetlər tələbələri birbaşa 11-ci sinifdən sonra qəbul edirlər.


5) İngilis dilində tibb öyrənmək mümkündürmü?


Xeyr, Almaniya universitetlərində tibb təhsili yalnız alman dilində mümkündür.


6) Universiteti bitirdikdən sonra Almaniyada qalmaq olarmı, yoxsa tələbə vətənə qayıtmalıdır?


Universiteti bitirdikdən sonra tələbəyə öz ixtisası üzrə Almaniyada iş tapmaq üçün 18 ay vaxt verilir. Tələbə işlə təmin olunarsa, qanuni olaraq Almaniyada yaşamağa davam edə bilər.


7) Tələbə vizası almaq üçün bloklanmış hesaba və ya zəmanətə ehtiyacım varmı?


Bu məcburidir, əgər siz DAAD təqaüdünün şanslı qalibi deyilsinizsə, tələbə vizası almaq üçün ya Almaniya bankında 11,500 € (bloklanmış hesab) məbləğində bank hesabı açmalı, ya da zəmanət (sponsorluq) olmalıdır.


8) Tələbə vizası almaq çətindir?


Bütün şərtlər yerinə yetirilirsə - yox.


Daha Ətraflı

Bu və digər mövzularda şirkətəmizin təcrübəli mütəxəssislərinin sizinlə fərdi konsultasiya keçirərməsi üçün əlaqə saxlayın:

Phone(010) 514-56-56Müraciət et